1.jpg
10 noyabr 2016

Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib

Noyabrın 10-da Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və Daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.

 

Fondun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birgə şənlikdə iştirak edib.

 

Bakının əyləncə mərkəzlərindən birində keçirilən şənliyə paytaxtda yerləşən müxtəlif uşaq evlərinin sakinləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar qatılıblar.

 

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən bugünkü şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alıblar, burada gözəl istirahət ediblər.

 

Müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb.

 

Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.




FOTO

Paylaş: