Untitled-1.jpg
2 fevral 2014

Heydər Əliyev Fondu Müqəddəs Roma katakombalarını bərpa edir

İtaliyanın “La Repubblica” qəzeti Müqəddəs Roma katakombalarının Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bərpası prosesinin bu ilin aprelində başa çatacağı barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, aprel ayından etibarən Müqəddəs Roma katakombaları Vatikana gələn zəvvarların və turistlərin üzünə açıq elan olunacaq. “Ərazisi 18 min kvadratmetr olan Müqəddəs Roma katakombaları kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi müsəlman dünyasının xristian aləminin bu mühüm abidəsinə töhfəsidir”, - deyə yazıda qeyd olunur.

 

Yazıda Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni Karrunun katakombaların bərpasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığı da əksini tapıb.


http://ricerca.repubblica.it/repubblica/archivio/repubblica/2014/01/29/riaprono-le-catacombe-restaurate-dai-musulmani.html?ref=search