24 sentyabr 2014

“Euronews”da VI Beynəlxalq Üzeyir Hacıbəyli festivalı haqqında reportaj yayımlanıb

“Euronews” televiziya kanalının İtaliya bölməsinin saytında VI Beynəlxalq Üzeyir Hacıbəyli festivalından bəhs edən reportaj yerləşdirilib.

 

Reportajda bildirilir ki, Bakıda Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdikləri VI Beynəlxalq Üzeyir Hacıbəyli festivalı yerli musiqiçilərlə yanaşı, Rusiyanın, Belçikanın və Almaniyanın incəsənət xadimlərini də bir araya gətirib.

 

Reportajda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsinə də yer verilib: “Bakı hər zaman Qafqazın mədəniyyət paytaxtı olub. Biz mədəniyyət və idman sahəsindəki tədbirlərə görə regionun ən qabaqcıl ölkəsinə çevrilmək niyyətindəyik”.

 

Festival haqqında ətraflı məlumatın verildiyi reportajda bildirilir ki, tədbirin açılışı Azərbaycanın Milli Musiqi Günündə olub: “1920-ci ildə yaradılan Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri açılış mərasimində çıxış edib. Xalq Artisti Rauf Abdullayevin rəhbərlik etdiyi orkestr İtaliya da daxil olmaqla müxtəlif ölkələrdə tez-tez qastrol səfərlərində olur”.


http://it.euronews.com/2014/09/23/la-musica-del-festival-uzeyir-hajibeyov-risuona-dal-caucaso