27 aprel 2015

Londonda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək

Aprelin 27-də Londonda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək.


Londonun məşhur “The Dorchester”otelində təşkil olunacaq mərasimdə “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koenin çıxışları nəzərdə tutulub.


Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdiriləcək. Həmçinin qonaqlara konsert proqramı və Azərbaycan tarixini, mədəniyyətini əks etdirən fotosərgi təqdim olunacaq.