3 dekabr 2016

Tərtər şəhərində Şahmat Məktəbi

  • Layihə
  • Foto

Tərtərdə Uşaq-Gənclər Şahmat Məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2016-cı il dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva şahmat məktəbinin yeni binasının açılış mərasimində iştirak ediblər.

 

Ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üçün monitor da quraşdırılıb.

 

Hazırda məktəbdə 15 nəfər çalışır.


10.JPG