26 dekabr 2016

Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün yaşayış binası

  • Layihə
  • Foto

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış binası inşa edib. 2016-cı il dekabrın 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın açılış mərasimində iştirak edib.

 

2 blokdan ibarət bina 120 mənzildən ibarətdir. Mənzillərin hamısı mebel və digər inventarla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada körpələr evi, mərasim və digər tədbirlər üçün zallar yaradılıb.



Paylas:

01.JPG
03.JPG
04.JPG