Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində 340 nömrəli körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto
  • Video


Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində yerləşən 340 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.

 

2015-ci il noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Bina ikimərtəbəlidir. Müəssisə zəruri avadanlıqla təchiz edilib, hovuz, musiqi otağı, idman zalları yaradılıb, bağçanın həyətində yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.

 

10 qrupun fəaliyyət göstərdiyi körpələr evi-uşaq bağçasında 200 uşağa qayğı göstərilir.



007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG
014.JPG
015.JPG
016.jpg
017.jpg
018.jpg