Beyləqan şəhərində 8 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto

Beyləqan şəhərində yerləşən 8 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2016-cı il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bağçanın açılışında iştirak edib.

 

Təhsil müəssisəsinin ümumi sahəsi 896 kvadratmetrdir. Bina ikimərtəbədən ibarətdir. 120 yerlik körpələr evi-uşaq bağçasında altı qrup otağı var. Burada musiqi və gimnastika, yataq və yemək otaqları da yaradılıb və zəruri avadanlıqla təchiz olunub. Bağçanın ərazisində balacaların əylənmələri üçün meydança da qurulub.

 

Bu məktəbəqədər təhsil müəssisəsində 32 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.



01.JPG
06.JPG
07.JPG
08.JPG