Qax şəhərində körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Qax şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində körpələr evi-uşaq bağçası inşa olunub. 2017-ci il avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil müəssisəsinin açılışında iştirak edib.

 

Uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Tikinti işləri 2017-ci ilin iyulunda başa çatdırılıb.

 

Üçmərtəbəli körpələr evi-uşaq bağçası 180 yerlikdir. Binanın ümumi sahəsi 2124 kvadratmetrdir. Müəssisə zəruri avadanlıqla təchiz edilib.

 

Bağçanın həyətində balacaların istirahəti üçün meydançalar salınıb və attraksionlar quraşdırılıb.



Paylas:

7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg