14425057435414627241_1000x669.jpg
17 sentyabr 2015

Prezident İlham Əliyev Ağsuda İdman Kompleksinin açılışında iştirak edib

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan İdman Kompleksinin açılışında iştirak edib.

 

Kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb. Tikinti işləri 2015-ci ilin sentyabrında başa çatıb.

 

Kompleksin həyətində geniş abadlıq-quruculuq işləri görülüb.

 

İdman Kompleksində boks, güləş, üzgüçülük, taekvondo və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.

 

Müasir idman qurğuları ilə təchiz edilən trenajor zalı da idmançıların ixtiyarına veriləcək. Kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Binada tennis, bilyard zalları da yaradılıb və bununla mükəmməl infrastruktur formalaşdırılıb.


FOTO

VİDEO

Paylaş: