Vaqif Mustafazadə

2012-ci ildə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin

birgə layihəsi çərçivəsində Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, caz və muğamı özünəməxsus şəkildə sintez edən, yeni və ecazkar bir musiqi janrı yaradan improvizə ustadı Vaqif Mustafazadəyə həsr olunmuş musiqi albomu nəşr edilmişdir. Alboma kitab və CD daxildir.

 

“Qaynaqlar”, “Həyatı və yaradıcılığı”, “Vaqif irsi” fəsillərindən ibarət olan kitabda Vaqif Mustafazadənin qısa, lakin çox mənalı həyatından, parlaq və təkrarolunmaz yaradıcılığından, onun əhatəsindən, müəllimlərindən, sənət dostlarından və doğmalarından ətraflı bəhs olunur. Nəşrdə həmçinin Azərbaycanda caz musiqisinin yaranması, təşəkkülü və inkişaf mərhələləri də öz əksini tapmışdır. Kitab sənətkarın həyatının müxtəlif anlarının əks olunduğu fotolarla zəngindir.

 

CD-də sənətkarın 17 əsəri toplanmışdır.