Böyük insanın ömür anları...


2013-cü ildə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş fotoalbom nəşr edib. 


“Böyük insanın ömür anları...” adlı albomda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən fotolar toplanıb. Albomda Heydər Əliyevin uşaqlıq və yeniyetməlik illərinə, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi dövrə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Sov.İKP MK Siyasi Bürosunun üzvü olduğu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrə aid fotolarla tanış olmaq mümkündür.


Albomda ümummilli liderin ilk dəfə işıq üzü görən fotoşəkilləri də dərc olunub. Fotolar Azərbaycanla yanaşı, Rusiya Federasiyası və digər ölkələrin arxivlərindən toplanılıb.


Nəşrə “Ön söz” Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən yazılıb