Xocalıya ədalət

2015-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə  “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalıya ədalət” kitabı ingilis və rus dillərində nəşr olunub.


Kitabda faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə aid faktlar təqdim edilir. Kitabda, həmçinin Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətinin beynəlxalq hüquqi əsasları izah olunur. Bundan əlavə, kitabda Xocalı soyqırımını işıqlandıran beynəlxalq mətbuat vasitələri, bu cinayəti soyqırımı kimi tanıyan ölkələr, həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər təqdim olunur.