“Qız qalası” VI Beynəlxalq İncəsənət Festivalı

  • Layihə
  • Foto
  • Video


2015-ci il iyunun 11-dən 14-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi ilə “Qız qalası” VI Beynəlxalq incəsənət festivalı keçirilib.

 

Festivalda 17 ölkədən 27 rəssam iştirak edib. Builki festivalda rəssamlar Qız qalası ilə yanaşı “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzləri olan nar və ceyran maketlərini də bəzəyiblər.

 

“Qız qalası” Beynəlxalq İncəsənət Festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu unikal işlər dünyanın fərqli şəhərlərində nümayiş etdirilərək, Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır.



Paylas:

1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
13+.jpg
14.jpg
15.jpg