Kannda “Azərbaycan xalçaları incəsənətdə” sərgisi

  • Layihə
  • Foto



2015-ci il iyulun 15-də Kannın Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub.

 

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

 

Sərgidə Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri – milli xalça eskizləri əsasında modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilib.

 

Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunub. Məhz “Azərbaycan xalçaları incəsənətdə” sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır.

 

Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunub. Təqdim olunan 15 əsər ilk dəfə nümayiş etdirilib.

 

Tanınmış rəssam Butunay Haqverdiyevin ilk dəfə təqdim edilən xalça instalyasiyası Azərbaycan xalça ornamentlərini canlandırıb. Taxtadan hazırlanan instalyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir.

 

Sərgidə, həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya nümayiş olunub.

 

Tanınmış rəssam Vüqar Muradovun portret, mənzərə janrında olan və yağlı boya ilə işlənmiş 7 əsəri milli xalça ornamentlərini özünəməxsus şəkildə təqdim edib.

 

Ümumiyyətlə, “Azərbaycan xalçaları incəsənətdə” sərgisindəki əsərlər ilk dəfə nümayiş olunması ilə seçilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verib.

 

Sərgi iyulun 16-dan ictimaiyyət üçün açıq olub və ayın 31-dək davam edib.



Paylas:

0.jpg
1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
14.jpg