57-ci Venesiya Biennalesində Azərbaycan pavilyonu

  • Layihə
  • Foto


2017-ci ildə keçirilən 57-ci Beynəlxalq İncəsənət Sərgisi - Venesiya Biennalesində Azərbaycan pavilyonu Heydər Əliyev Fondunun təşkilatçılığı təmsil olunur.

 

“Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultual ənənələri, etno-mədəni müxtəlifliyi və tolerantlığı əksini tapıb.

 

Venesiyanın izdihamlı məkanlarından birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında nümayiş olunan sərginin konsepsiyası Azərbaycanda mövcud olan mədəni müxtəlifliyi bədii interpretasiya yolu ilə ifadə edir.

 

Sərgidə “Hypnotica” Vizual Performans Qrupunun videomappinq və installyasiya kimi interaktiv media layihələri, gənc rəssam Elvin Nəbizadənin işləri nümayiş olunur. Müəlliflər Azərbaycanda ənənəvi analoq və müasir rəqəmsal incəsənətin sintezindən yaranan incəsənəti təqdim edirlər. Müxtəlif materiallarla işləyən sənətkarlar bəşəriyyəti birgə yaşamaq mədəniyyəti haqqında düşünməyə çağırır. Sərginin kuratoru Viktoria və Albert Muzeyinin keçmiş direktoru, professor Martin Rotdur. (Martin Roth)

 

Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 26-dək açıq olacaq.



Paylas:

1.jpg
2-Elvin Nbizade.jpg
3-Elvin Nebizade.jpg
4-Elvin Nebizade.jpg
5-Hipnotica.jpg
6-Hipnotica.jpg
7-Hipnotica.jpg
8.jpg
Under the Sun-009.jpg