“Qız qalası” VIII beynəlxalq incəsənət festivalı

  • Layihə
  • Foto


2017-ci il 22-24 sentyabrda İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda “Qız qalası” VIII beynəlxalq incəsənət festivalı keçirilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Qız qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən festivalda gənc rəssamlar Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyiblər. Eyni zamanda, gənc rəssamlar festivalda iştirak edən Xətai rayonu 3, Nizami rayonu 1 və Suraxanı rayonu 2 saylı uşaq evlərinin sakinlərinə, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqlarına və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarına Qız qalası maketini bəzəməkdə kömək ediblər. 



Paylas:

0.jpg
1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
10.jpg
12.jpg