Gəncədə Mirzə Şəfi Vazeh Muzeyi

  • Layihə
  • Foto

Gəncədə yerləşən Mirzə Şəfi Vazeh Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.

 

Şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanılıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatıb. 2017-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin açılışında iştirak edib.

 

İkimərtəbəli binada sərgi və konfrans zalları, inzibati otaqlar var. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan “Divani-Hikmət” ədəbi məclisinə aid xüsusi guşə yaradılıb.

 

Muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər nümayiş olunur.

 

Muzeydə Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları sərgilənir.

 

Muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb. 



007.JPG
008.JPG
010.JPG
011.JPG