Buxarestdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir

  • Layihə
  • Foto


2013-cü il iyunun 1-2-də Buxarestdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

 

“Əlil və Fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası” adlı festival Buxarest Dövlət Məktəbləri İnspektorluğunun, Rumıniya Jandarmeriya xidmətinin, Buxarest şəhərinin 5-ci və 6-cı sektorunun əməkdaşlığı və Conil Assosiyasının təşkilatçılığı ilə baş tutub.

 

Festivala əlil və fiziki qüsurlu uşaqlar da daxil olmaqla, 1500 uşaq qatılıb. Rumıniyada fəaliyyət göstərən məktəb və uşaq bağçalarının şagirdləri müxtəlif tamaşalar göstəriblər. Onlara mükafatlar verilib.



0.gif
1.gif
2.gif
3.gif