Bakı Marafonu 2016

  • Layihə
  • Foto
  • Video

2016-cı il mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında “Bakı Marafonu 2016” keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva marafonda iştirak edib.


Marafona Dövlət Bayrağı Meydanından start verilib.

 

Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb.

 

Yarı marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

 

Yarışın finiş xətti və medal təltifetmə mərasimi Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında finişə birinci Namiq Əsədov, Gürcüstan vətəndaşı Georqi Dameniya ikinci və Tural Sadıxlı isə üçüncü çatıb. Qadınlar arasında Rahidə Aslanova birinci, Böyük Britaniya vətəndaşı Nataşa Pitersen ikinci, Rəqsanə Rəcəbli isə finişi üçüncü başa vurub.

 

Təşkilatçılar tərəfindən birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olunub.

 

Marafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəmə etməyiblər.

 

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olub. Marafona, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən gəlib qoşulanlar da olub.

 

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

 

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.


Paylas:

1.jpg
2.jpg
3-e.JPG
7-e.JPG
8-e.JPG
9-e.JPG
10-e.JPG
11.jpg
12.JPG
13.JPG
14.jpg
16.JPG
17.jpg
19.JPG
20.JPG