Bakı Marafonu-2017

  • Layihə
  • Foto

2017-ci il aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu-2017” keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva marafonda iştirak ediblər.

 

Yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb. Yarış Dənizkənarı Milli Park, Yusif Səfərov küçəsi, daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti boyunca Bakı Olimpiya Stadionunadək marşrutu əhatə edib. Marafonun məsafəsi 21 kilometr təşkil edib.

 

Marşrut boyu hər iki kilometrdən bir yaradılmış yardım məntəqələri marafonçuları su, sanitar qovşaq və ilkin tibbi yardımla təmin edib.

 

Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıblar. Marşrut boyu ümumilikdə dörd avtobus dayanacağı fəaliyyət göstərib.

 

Yarışda iştirak üçün ümumilikdə 13 mindən çox şəxs qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, 1000-dən çox xarici vətəndaş da iştirak edib. Eləcə də İsveçrə, Hindistan, Çex Respublikası, Meksika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və Malayziyanın Azərbaycandakı səfirləri, Koreya, İraq, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının və “BP Azərbaycan” şirkətinin təmsilçiləri yarışa qoşulublar. Marafonda, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna və digər ölkələrin vətəndaşları da iştirak ediblər.

 

Yarışın təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb. Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

 

“Bakı Marafonu-2017”nin qalibləri iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunub. Kateqoriyaların hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər. Bundan əlavə, marafonda 4-cü pillədən başlayaraq 10-cu pilləyə kimi qərarlaşan iştirakçılara “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif həvəsləndirici mükafatlar təqdim olunub.

 

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.



Paylas:

1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
7.jpg
8.jpg
21.jpg
22.jpg
25.jpg
27.jpg
30.jpg
31.jpg
33.jpg
34.jpg
35.jpg
38.jpg
39.jpg
40.jpg
41.jpg
44.jpg
45.jpg
48.jpg