“Gəncə Marafonu - 2017”

  • Layihə
  • Foto


2017-ci il sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında “Gəncə Marafonu - 2017” keçirilib.

 

Marafon Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib.

 

Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.

 

Marafonda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrin vətəndaşları da yarışıblar.

 

İştirakçılar “Zəfər Tağı”ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti ilə hərəkət edərək Heydər Əliyev park kompleksinə qədər məsafəni qət ediblər. Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub.

 

“Gəncə Marafonu - 2017”nin qalibləri iki kateqoriyada – kişi və qadın iştirakçılar arasında müəyyənləşib.

 

Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qadınlar arasında isə birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb.

 

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

 

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyıb.



Paylas:

1.JPG
3.JPG
5.JPG
6.1.JPG
6.2.JPG
6.JPG
7-esas.JPG
8.JPG
9.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG
17.JPG
18.JPG
19.JPG
20.JPG
21.png
22.JPG
23.JPG
24.JPG
25.png
26.JPG
27.jpg
28.JPG
29.JPG
30.JPG
31.JPG