II Beynəlxalq “Tullantıdan sənətə” sərgisi

  • Layihə
  • Foto


2013-cü il iyunun 16-dan 20-dək Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC, “Qız Qalası” qalereyası və “İçərişəhər” DTMQİ tərəfindən “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi keçirilib. Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindənçəkindirməkdir.


Sərgidə Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiya kimi ölkələrdən incəsənət nümayəndələri iştirak ediblər.


2012-ci ildə keçirilmiş birinci sərgidən fərqli olaraq, builki sərgidə tullantının sənət əsərinə çevrilməsi prosesini əyani şəkildə izləmək imkanı olub. Sərginin 8-i azərbaycanlı olmaqla, ümumilikdə, 24 iştirakçısı öz əsərlərini sərgi zamanı yaradıblar. 



Paylas:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg