Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan

  • Layihə


2006-cı ildə Heydər Əliyev Fondu tanınmış rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun “Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan” kitabını nəşr edib. Kitab Rusiya imperiyasının 20 mükafatı və 9 xarici orden ilə təltif olunmuş, rus ordusunun adlı-sanlı alaylarına komandanlıq etmiş görkəmli həmyerlimizin həyatı və əsgəri rəşadətindən bəhs edir.


Kitab müəllif Rudolf İvanovun ön sözü ilə başlayır. Müəllif qeyd edir ki, özünün 34 illik hərb və döyüş həyatında Hüseyn xan kornetdən ən böyük hərbi rütbəyə – Əlahəzrətin general-adyutantı rütbəsinə qədər yüksəlmişdir. Hüseyn xan iyirmi il At polkuna xidmət göstərmiş, Rus-yapon müharibəsində 2-ci Dağıstan At polkuna, müharibədən sonra isə əfsanəvi 44-cü Nijeqorodsk polkuna rəhbərlik etmişdir. Birinci dünya müharibəsi general Hüseyn xan Naxçıvanskidə yeni sərkərdəlik istedadını meydana çıxardı.


Əsər nadir arxiv sənədlərinə əsaslanır. 


Kitabxanaya keçid