Qonaqlar

002.jpg

ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Sədrləri Konfransının nümayəndə heyəti fevralın 13-də Heydər Əliyev Fondunda olmuşdur.Nümayəndə heyətinin üzvləri əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi...

Fevralın 2-də Bakıda işə başlayacaq Dünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərləri Konfransının iştirakçıları fevralın 1-də Heydər Əliyev Fondunda ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolunu, siyasi fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olmuşlar.38 ölkənin gömrük xidmətlərinin və 6 beynəlxalq təşkilatın rəhbərlərinin qatıldığı konfransın...

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü, dekabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, ailə həyatını, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin ...

Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti, Baki Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin bir qrup müəllim və tələbəsi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün dekabrın 10-da Heydər Əliyev Fonduna gəlmişlər. Fondun icraçı direktoru Anar Ələkbərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə öz hörmət və ehtiramlarını bildirmək ...

Azərbaycan Yazıçılar Birliyinin üzvləri və Azərbaycan İqtisad Universitetinin bir qrup müəllim və tələbəsi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün dekabrın 9-da Heydər Əliyev Fonduna gəlmişlər. Fondun icraçı direktoru Anar Ələkbərov ölkəmizin tanınmış şair və yazıçılarını, iqtisadçı alimlərini və təhsildə fərqlənən tələbələri Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun ...