Azərbaycanın təbliği

5.JPG
Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva hökumətinin təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək. Oktyabrın 18-də şəhərciyin təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov...

001.JPG
Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub. Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan...

1.JPG

Heydər Əliyev Fondunun və ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd olunub. Qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın...

006.JPG

Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva açılışda iştirak edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini...

1.JPG

Sentyabrın 12-də Polşanın paytaxtı Varşava şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Qonaqlar əvvəlcə Mazovetski voyevodluğunun binası önündə Azərbaycana həsr olunmuş “İstiqamət – Azərbaycan” adlı sərgi ilə...