Azərbaycanın təbliği

1.jpg

Mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir. YUNESKO-nun baş direktoru Koişiro Matsuura və qurumun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konsertdə olmuşlar...

Aprelin 2-də Parisin möhtəşəm “Champs Elysées” Teatrının binasında Azərbaycan mədəniyyət və incəsənətinin Avropada, xüsusilə Fransada təbliği sahəsində əvəzsiz xidmətlər göstərən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın himayədarlığı altında...

“Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər”. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu sözləri Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən fevralın 27-də Moskvada təşkil edilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfransda demişdir.

Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı fevralın 26-da Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində anma mərasimi keçirilmişdir. Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada ...

Heydər Əliyev Fondu və Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 16-cı ildönümü münasibətlə Ankarada tədbirlər keçirmişlər. Fevralın 25-də Ankaranın Keçiörən rayonundakı Esterqon qalasında soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulmuşdur. Səfir Zakir Həşimov və Keçiörən bələdiyisinin sədri Turqut Altınok Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş ...