Tədbirlər

“Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər”. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu sözləri Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən fevralın 27-də Moskvada təşkil edilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfransda demişdir.

01.JPG

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Azərbaycan Gəncləri Təşkilatının (RAGT) və “Zəif eşidənlər dünyası” adlı Rusiya ictimai gənclər təşkilatının iştirakı ilə Moskvada əlil uşaqlar üçün geniş xeyriyyə tədbiri keçirmişdir. Tədbirə fiziki qüsurları olan 300-dən çox uşaq və onların ailə üzvləri dəvət edilmişdi...

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Sankt-Peterburqa səfəri çərçivəsində Primorski inzibati rayonundakı uşaq evi-məktəbdə olmuşdur. Qonağı Primorski rayonu administrasiyası başçısının birinci müavini Vladimir Omelnitski və məktəbin direktoru Lyubov Katayeva qarşılamışlar...

03.jpg

Sankt-Peterburq Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar sahədə hər bir layihəsini dəstəkləməyə və Rusiyanın şimal paytaxtında fəal işləməsi üçün hər cür şərait yaratmağa hazırdır. Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko bu sözləri fevralın 2-də Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ilə görüşdə söyləmişdir...

01_LEYLA ALIYEVA_BAKI JURNALININ TAQDIMATI.JPG

İndən belə dünyanın harasında olurlarsa-olsunlar, bakılıların və onların dostlarının doğma Bakının adını daşıyan jurnalı vardır. Moskvada, “Ritts-Karlton” mehmanxanasının dəbdəbəli salonunda Azərbaycandan və onun paytaxtından, ölkəmizin zəngin və qədim mədəniyyətindən, ənənələrindən və müasir nailiyyətlərindən söhbət açan bu nəşrin birinci nömrəsinin təntənəli təqdimatı olmuşdur...