Çıxışlar

Aprelin 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib...

“Bakıya uçuş” sərgisi ilk dəfə Londonda təşkil olunmuş, sonra Parisdə, Berlində və bu həftə Moskvada nümayiş etdirilmişdir. Bu, çox böyük nailiyyət idi və bu sərgini Romada keçirməyi planlaşdırırıq. Sərgi videomateriallar, rəngkarlıq nümunələri, rəsm əsərləri, heykəltəraşlıq və foto nümunələrini özündə birləşdirir. Ümid edirəm ki, bu sərgi Azərbaycan incəsənətinin...

Fevralın 4-də Moskvanın məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Rusiyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi açılış mərasimində Rusiyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları...

Noyabrın 16-da Bakıda Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı ilə həyata keçirilən “Yaşıl həftə” layihəsi çərçivəsində Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Nazirlər Şurasının üçüncü iclası keçirilib. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva iştirak edib. 

Sentyabrın 12-də Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.