3 sentyabr 2008
Müxtəlif vaxtlarda keçirilmiş Barselona, Atlanta, Sidney, Afina, Pekin Yay Olimpiya oyunlarında medal qazanmış idmançılar sentyabrın 2-də Heydər Əliyev Fondunda olublar.Olimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülüblər.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva görüşdə çıxış edib...
11 iyun 2008
İyunun 10-da Bakıdakı “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum işə başlayıb.Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun...
Mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilib.Konsert proqramından əvvəl Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çıxış edib...
Mayın 20-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik hesabat yığıncağı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yığıncaqda iştirak edib.YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yığıncaqda çıxış edib...
Mayın 14-də Bakıda, “Gülüstan” sarayında Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransı başlayıb.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun...