Fəaliyyət

Heydər Əliyev Fondunun vəsaiti hesabına talassemiyalı xəstələrin diaqnostika və müalicə mərkəzi inşa ediləcəkdir. Bu məqsədlə torpaq sahəsi ayrılmış, layihə sənədləri hazırlanmış, bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib ümumiləşdirilmişdir.Fondun icraçı direktoru Anar Ələkbərovun bildirdiyi kimi, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nın xoşməramlı...

Rayonun Alakol və Əsrik Cırdaxan kəndlərinin hər birində 200 yerlik, Cəlilli kəndində 240 yerlik yeni məktəb binalarının tikintisinə başlanmışdır. Hər üç məktəb ümummilli liderimiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunur. Məktəblərin inşası başa çatdıqdan sonra müasir avadanlıqla da təmin olunacaqdır.Bu yaxınlarda isə fondun təşəbbüsü ilə Azaplı kəndində 360 yerlik daha bir məktəbin tikintisinə başlanacaqdır.

heyder-eliyev-fondu.jpg

İyunun 22-də Heydər Əliyev Fondu artıq ənənə halını almış "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində növbəti humanitar tədbir keçirmişdir.Fondun icraçı direktoru Anar Ələkbərov mərasimi giriş sözü ilə açaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamlarını, ən xoş arzularını yetirmiş, "Diabetli uşaqlara ən yüksək...

Ağdaş rayonunun Pirkəkə kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına 200 şagird yeri olan orta məktəb binasının tikintisinə başlanılmışdır.Müasir standartlar səviyyəsində qurulacaq bu tədris ocağını "Azəraqrartikinti" ASC-nin Ağdaş filialı inşa edir.Məktəb binası qarşıdakı dərs ilinədək istifadəyə veriləcəkdir...

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun nümayəndələri iyunun 19-da Gəncə şəhərində və Goranboy rayonunda olmuşlar.Gəncədə 1975-ci ildən fəaliyyət göstərən əqli cəhətdən qüsurlu uşaqlar üçün 45 nömrəli xüsusi məktəb 315 şagirdi əhatə edir. Bunlardan 235 nəfəri evdə məşğul olur. Fondun nümayəndələri məktəbə 5 ədəd əlil arabası, mikroavtobus təqdim etdilər...