Fəaliyyət

02.JPG

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və qızı Arzu fevralın 14-də bir neçə uşaq evində olmuşlar. Xətai rayonundakı 3 nömrəli uşaq evinin sakinləri hörmətli qonaqları böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Uşaq evinin birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin ...

Fevralın 13-də Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə ölkəmizin Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən ingilis dilində nəşr olunmuş “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə YUNESKO-nun İcra Şurasının sədri, katibliyin nümayəndələri, Çin, Argentina, Türkiyə, Rumıniya ...

Londonda ingilis dilində Qarabağ həqiqətlərindən bəhs edən kitab nəşr olunmuşdur. Kitab Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fndunun dəstəyi ilə işıq üzü görmüşdür. Bu münasibətlə səfirlikdə təşkil edilmiş tədbirdə Londonda akkreditə olunmuş səfirliklərin, Britaniya beynəlxalq tədqiqat mərkəzlərinin, yerli türk və Azərbaycan icmalarının, Britaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və xarici ...

01.JPG

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Azərbaycan Gəncləri Təşkilatının (RAGT) və “Zəif eşidənlər dünyası” adlı Rusiya ictimai gənclər təşkilatının iştirakı ilə Moskvada əlil uşaqlar üçün geniş xeyriyyə tədbiri keçirmişdir. Tədbirə fiziki qüsurları olan 300-dən çox uşaq və onların ailə üzvləri dəvət edilmişdi...

002.JPG

Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində Heydər Əliyev Fondunun inşa etdirdiyi qızlar üçün orta məktəb binası istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuş yeni bina 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə ...