Fəaliyyət

0.jpg

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mayın 31-də Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi binasının təməlinin qoyulmasına həsr olunmuş mərasimdə iştirak etmişdir. Mərasimə toplaşan sakinlər, yəhudi icmasının...

0.jpg

Mayın 31-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.Mehriban xanım qonaqlara Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verdi...

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində ötən il Ağcabədi rayonunda 5 yeni məktəb inşa olunub istifadəyə verilmişdir. Rayon xalq təhsili şöbəsinin müdiri Mehdi Əhmədov bildirmişdir ki, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsində rayonun Şərəfxanlı kəndində 240 yerlik yeni məktəb binası tikiləcəkdir...

1.JPG

Mayın 3-də Bakı Əyləncə Mərkəzinin “Eliza” salonunda Heydər Əliyev Fondunun dəstəyi ilə ümummilli liderimizin xatirəsinə həsr olunmuş “Prezident kuboku” ikinci beynəlxalq şahmat festivalının rəsmi açılışı olmuşdur.İştirakçılar salonun foyesində dövlətimizin idmana qayğısını əks etdirən fotostendlərə böyük maraqla tamaşa etmişlər.Festivalda 17 ölkədən 160-dək şahmatçının iştirak etdiyi bildirilmişdir...

Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin “Dirilən adam”, “Açıq kitab” romanları, “Göylər adamı”, “İdxal xəstəlik”, “Möhür və eşq” hekayə kitabları Türkiyədə nəfis tərtibatla nəşr edilərək türk oxucularına təqdim olunmuşdur...