Fəaliyyət

009.JPG

Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər...

33.JPG
Avqustun 5-də Şuşada Bülbülün ev-muzeyinin həyətində təşkil olunan VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilib.

1.jpg
Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 15-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə tədbir keçirilib. Əvvəlcə tanınmış şairlərin Qarabağ mövzusunda şeirləri səsləndirilib. Sonra gənc şairlərin “Yeni nəfəs” layihəsi üzrə çıxışları olub. Beləliklə, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayılıb, muğam səslənib...

1.jpg
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb. Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur. Mədəniyyət və incəsənət xadimlərinin...