Fəaliyyət

Noyabrın 14-də Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində Heydər Əliyev Tədris Mərkəzinin açılış mərasimi keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev parkında ümummilli liderin abidəsinin önünə əklil qoyaraq xatirəsini ehtiramla yad etmiş, şəkil çəkdirmişlər. Sonra Qars Qafqaz Universitetində mərasim başlanmışdır. Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmişdir...

HEYDAR ALIYEV FONDU - DIABET GUNU.JPG

Dünya Diabet günü münasibətilə Heydər Əliyev Fondunun binası noyabrın 13-dən etibarən mavi rənglə işıqlandırılmağa başlanmışdır. BMT-nin rəmzi olan mavi rəng bütün millətlərin başı üstündəki səmanı əks etdirir və bu aksiyanın keçirildiyi 155 ölkədə şəhərlərin möhtəşəm binaları məhz bu rəngdə boyanacaqdır. Məqsəd ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan ...

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris Mərkəzində Azərbaycanda telefon rabitəsinin yaradılmasının 125 illiyi münasibətilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının birinci mərhələsi keçirilmişdir. Heydər Əliyev Fondu, rabitə və informasiya texnologiyaları, təhsil nazirlikləri...

Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda telefon rabitəsinin yaradılmasının 125 illiyi münasibətilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçirəcəklər. Təhsil Nazirliyindən bildirmişlər ki, 2 mərhələdən ibarət olimpiadada ölkəmizin ali məktəb tələbələrindən...

ZAQATALA -YENI MAKTABLAR.jpg

Noyabrın 10-da Zaqatala rayonunun Əliabad qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 360 yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gözəl hədiyyəyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım ...