Fəaliyyət

Heydər Əliyev Fondu Azərbaycan Respublikasının xalq artisti, böyük sənətkar, virtuoz kamançaçalan Habil Mustafa oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma kitab və kamança ustadının ifasında xalq, bəstəkar mahnıları, muğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından ibarət 4 ədəd kompakt disk daxildir...

Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəşr edilən kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 ədəd kompakt diski daxildir...

NIDERLAND - FOND - KITABLAR - TAQDIMAT .JPG

Azərbaycanın Niderland Krallığındakı səfirliyi bu ölkədə fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi ilə birgə Heydər Əliyev Fondunun ölkəmiz haqqında təqdim etdiyi kitabların Niderlandın Kraliça Kitabxanasına hədiyyə verilməsi mərasimi keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevin həyatını və Azərbaycan xalqı üçün yorulmaz fəaliyyətini əks...

Mayın 25-də Maştağa Olimpiya-İdman Kompleksində Heydər Əliyev Fondunun, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin və “İNTV” media holdinqin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqları Beynəlxalq müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir...

1.jpg

Mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir. YUNESKO-nun baş direktoru Koişiro Matsuura və qurumun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konsertdə olmuşlar...