Fəaliyyət

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyeva amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyev Fondunun bu təşəbbüsünü dəstəkləyərək 2007-ci il mayın ...

Heydər Əliyev Fondu respublikamızın bütün bölgələrində, o cümlədən Ucar rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi layihələr həyata keçirir.Rayon təhsil şöbəsindən bildirmişlər ki, hazırda Fondun təşəbbüsü ilə rayonun iri yaşayış məntəqələrindən olan Alpı kəndində 200 yerlik orta məktəb binası inşa olunur...

foto7.JPG

İyulun 2-də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə 23-cü Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları – Aliyə Qarayeva, Dinara Gimatova və Anna Qurbanova ilə görüşmüşdür. Belə bir möhtəşəm idman tədbirinin Bakıda keçirilməsinin Azərbaycan üçün...

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsi və “Muğam-Antologiya” layihəsi çərçivəsində Səfiyəddin Urməvinin (1217-1294) “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, Fətullah Şirvaninin (1417-1486) “Musiqi məcəlləsi” əsərləri işıq üzü görmüşdür...

2_edit.JPG

İyunun 18-də Heydər Əliyev Fondunda BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair saziş imzalanmışdır. YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mərasim iştirakçılarını salamlayaraq, rəhbərlik etdiyi Fondun ...