Fəaliyyət

03.JPG
Fevralın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb. Məlumat verilib ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib...

06.JPG

Fevralın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub. Hazırda burada 3 yaşadək 13 uşaq var. Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində...

006.JPG

Fevralın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub. Dəfələrlə bu müəssisəyə gələn Mehriban Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib....

5.JPG
Göyçay rayonunun Alpout kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib. Müasir memarlıq üslubunda tikilən körpələr evi-uşaq bağçası 40 yerlikdir. Binada 2 oyun və 1 yataq otağı, mətbəx və digər yardımçı otaqlar vardır. Bütün otaqlar, habelə dəhliz lazımi avadanlıqla təchiz olunub. Həyətdə çardaq qurulub...

11.jpg

Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında...