Elm və təhsil

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana-yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Kürdəmir rayonunun Bəyi, Karrar, Sovla kəndlərində yeni orta məktəb binaları tikiləcəkdir.Bu kəndlərdə qəza vəziyyətində olan məktəblərin əvəzinə hər cür müasir şəraitli 100-200 şagird yeri olan yeni məktəblər tikilib, sentyabrın 15-dək istifadəyə veriləcəkdir...

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana-yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Hacıqabul rayonunun 1875 sakini olan Udullu və 446 sakini olan Qubalı kəndlərində yeni orta məktəb binaları tikiləcəkdir.Bu kəndlərdəki qəza vəziyyətində olan məktəblərin əvəzinə hər cür müasir şəraitli 100-200 şagird yeri olan yeni məktəblər tikilib...

Rayonun Alakol və Əsrik Cırdaxan kəndlərinin hər birində 200 yerlik, Cəlilli kəndində 240 yerlik yeni məktəb binalarının tikintisinə başlanmışdır. Hər üç məktəb ümummilli liderimiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunur. Məktəblərin inşası başa çatdıqdan sonra müasir avadanlıqla da təmin olunacaqdır.Bu yaxınlarda isə fondun təşəbbüsü ilə Azaplı kəndində 360 yerlik daha bir məktəbin tikintisinə başlanacaqdır.

Ağdaş rayonunun Pirkəkə kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına 200 şagird yeri olan orta məktəb binasının tikintisinə başlanılmışdır.Müasir standartlar səviyyəsində qurulacaq bu tədris ocağını "Azəraqrartikinti" ASC-nin Ağdaş filialı inşa edir.Məktəb binası qarşıdakı dərs ilinədək istifadəyə veriləcəkdir...

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun nümayəndələri iyunun 19-da Gəncə şəhərində və Goranboy rayonunda olmuşlar.Gəncədə 1975-ci ildən fəaliyyət göstərən əqli cəhətdən qüsurlu uşaqlar üçün 45 nömrəli xüsusi məktəb 315 şagirdi əhatə edir. Bunlardan 235 nəfəri evdə məşğul olur. Fondun nümayəndələri məktəbə 5 ədəd əlil arabası, mikroavtobus təqdim etdilər...