19 sentyabr 2015
Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub. Bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb. Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban”...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Prezidentin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri...
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb...
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan İdman Kompleksinin açılışında iştirak edib. Kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb. Tikinti işləri 2015-ci ilin sentyabrında başa çatıb. Kompleksin həyətində geniş abadlıq-quruculuq işləri görülüb...
17 sentyabr 2015
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Binanın inşasına 2014-cü ilin mayında başlanılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bağça lazımi avadanlıqla təchiz edilib.Bağçanın ərazisində yaşıllıq zolağı salınıb...