17 sentyabr 2015
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan və müxtəlif sahələri əhatə edən kitablar 4-cü Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında nümayiş etdirilib. Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycanda ayrı-ayrı sahələrin inkişafı, Azərbaycan tarixi və mədəniyyətinin, incəsənətinin yaşadılması istiqamətində bir sıra layihələr çərçivəsində müxtəlif kitab...
15 sentyabr 2015
Sentyabrın 15-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Bilik günü qeyd olunub. İnternat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi...
11 sentyabr 2015
Dünya şöhrətli fotoqraf Reza Deqatinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi uğurla başa çatıb. Fotosərginin mahiyyəti bizim üçün sadə olsa da, Qərb auditoriyası üçün son dərəcə heyrətamiz bir fakta əsaslanır: Azərbaycan bütün dinlərin və millətlərin birgə yaşayış məkanı kimi əsl fenomendir...
11 sentyabr 2015
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvarda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib. Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan yaşayış massivində təməli ötən ilin mart ayında qoyulmuş 100 yerlik ikimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb...
9 sentyabr 2015
Sentyabrın 9-da Heydər Əliyev Fondunun dəstəyi və Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində “Argentinadan qravürlər” adlı sərgi açılıb. Argentinalı beş rəssamın əl işlərinin nümayiş olunduğu sərgidə mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər...