Xəbərlər

_DSC1050.JPG

Sentyabrın 7-də Füzuli rayonunun Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib. İki mərtəbəli 60 çarpayılıq binada uşaqların təlim-tərbiyəsi, intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb...

MER-GORUSH.JPG

Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, son illərdə Fransa paytaxtında Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb...

13.jpg

Sentyabrın 3-də Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər. “Azərbaycan şəhərciyi” Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır...

08.JPG

Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər...

DSC_8337.JPG

Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin böyük potensialının olduğu vurğulanıb...