İyulun 9-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda “Qan ver, yaşat” devizi altında könüllü qanvermə aksiyası keçirilmişdir. Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 500-ə yaxın rayon sakini bu təşəbbüsə qoşulmuş və insanların həyatı naminə qan vermişlər...
BMT-yə üzv dövlətlərin nümayəndələri iyulun 8-də Heydər Əliyev Fondunda olmuşlar. Onlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir. BMT-yə üzv dövlətlərin nümayəndələri ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşlar...
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Rumıniyada çap olunan nüfuzlu “Geopolitica” toplusunun “Azərbaycan. Regional geopolitik oyunçu” mövzusuna həsr olunmuş növbəti nömrəsi çapdan çıxmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş 246 səhifəlik toplu məxsusi, olaraq respublikamızla əlaqədar ingilis və rumın dillərində...
5 iyul 2011
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı “Dostluq” ordenini və “Tərəqqi” medalını təqdim etmişdir.Azərbaycan Respublikası...
İyulun 4-də Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olmuşdur.İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Eurovision–2012” mahnı müsabiqəsinin ən...