Xəbərlər

Yanvarın 3-də Heydər Əliyev Fondu Bakının müxtəlif orta məktəblərinin təhsildə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün "Gülüstan" sarayında Yeni il şənlikləri keçirmişdir. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri ...

007.jpg

Heydər Əliyev Fondu yanvarın 2-də "Gülüstan" Sarayında Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan yetim, valideyn himayəsindən məhrum olan, eləcə də qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün şənlik keçirmişdir. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun ...

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Qax rayonunun Turaclı kəndində 200 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Dekabrın 27-də Turaclı kəndində keçirilən təntənəli mərasimdə rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev yeni məktəbin istifadəyə verilməsini rayonun elm və mədəni həyatında çox əlamətdar hadisə kimi ...

003.JPG

Dekabrın 22-də Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbində indiyədək görünməmiş toy-büsat qurulmuşdu. Dünyaya göz açandan bu məktəbdə böyüyüb təlim-tərbiyə alan Fərhad və Ceyranın, İlqar və Nərgizin toy mərasimi idi. Mərasimdə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi...

02.jpg

Dekabrın 14-də Heydər Əliyev Fondunda paytaxtın Dənizkənarı milli parkında yaradılacaq Beynəlxalq Muğam Mərkəzinin binasının layihəsi respublikamızın tanınmış muğam ifaçılarının iştirakı ilə müzakirə olunmuşdur. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva muğam ustalarını səmimiyyətlə salamlayaraq bildirdi ki, xalqımızın milli mədəniyyətinin ...