Xəbərlər

01.jpg

Yanvarın 26-da Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Lənkəranın Liman şəhərində inşa edilmiş 1200 şagird yeri olan məktəb binasının açılış mərasimi olmuşdur. Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin...

002.jpg

Yunanıstan parlamentinin Azərbaycan Respublikası Milli Məclisi ilə dostluq qrupunun sədri Harakopoulos Maximosun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 24-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini...

YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu zəngin mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, Azərbaycan həqiqətlərini, xalqımızın başına gətirilmiş faciələri Fransada da təbliğ etmək sahəsində məqsədyönlü fəaliyyət göstərir...

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Ağcabədi rayonunda ötən il 5 məktəb binası tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindarx, Minaxorlu, Şənlik kəndlərində hər biri 240, Hacılar kəndində 200, Aşağı Avşar kəndində isə 100 yerlik məktəb binaları inşa olunmuşdur...

Bərdədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 880 şagird yeri olan müasir məktəb binası inşa olunur. Rayon icra hakimiyyətində bildirmişlər ki, bu təhsil ocağının növbəti dərs ili başlananadək istifadəyə verilməsi nəzərdə tutulur. Fondun təşəbbüsü ilə ötən il Xanağalı kəndində 200 yerlik, Yeni Daşkənd kəndində isə 240 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir...