Xəbərlər

4.JPG

Mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) ali orqanı olan Dünya səhiyyə assambleyasının 60-cı sessiyasının yığıncağı keçirilmişdir. Assambleyanın sədri, Avstraliyanın səhiyyə naziri xanım Ceyn Halton yığıncağı açaraq, bəşəriyyəti təhdid edən və geniş yayılmış xəstəliklərin qarşısının alınmasında həkimlərin şərəfli əməyindən danışmışdır. Sədr Heydər Əliyev Fondunun...

1.jpg

Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağında iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mayın 17-də Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanla görüşmüşdür. Görüş zamanı Mehriban xanım...

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində ötən il Ağcabədi rayonunda 5 yeni məktəb inşa olunub istifadəyə verilmişdir. Rayon xalq təhsili şöbəsinin müdiri Mehdi Əhmədov bildirmişdir ki, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsində rayonun Şərəfxanlı kəndində 240 yerlik yeni məktəb binası tikiləcəkdir...

03_TURKIYA-KONSTITUSIYA MAHKAMASININ SADRI- HEYDAR ALIYEV FONDUNDA.jpg

Mayın 11-də Türkiyənin Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu Heydər Əliyev Fondunda olmuşdur.Fondun əməkdaşı hörmətli qonağı səmimiyyətlə qarşıladı və Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri barədə məlumat verdi.Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın...

003.jpg

Bakının Səbail rayon ictimaiyyətinin nümayəndələri mayın 10-da Heydər Əliyev Fondunda olmuşlar. Fondun əməkdaşları rayon nümayəndələrinə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış qurumun məqsədləri, fəaliyyəti barədə məlumat verdilər. Rayon ziyalıları, ali məktəblərin müəllim və tələbələri, icra orqanlarının, müxtəlif idarə və müəssisələrin təmsilçiləri...