Lənkəran rayonunda Heydər Əliyev Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar iftar sürfəsi açılıb. İftar süfrəsində rayonda yaşayan şəhid ailələrinin üzvləri, əlillər, müharibə veteranları, dindarlar və din xadimləri, ümumilikdə 350 nəfər iştirak edib. Mərasimdə xeyriyyəçilik aksiyalarının keçirilməsində və sosial qayğıya ehtiyacı olan insanlara köməkliyin...