Beynəlxalq mətbuat

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır. Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın “İzvestiya”, “Nezavisimaya qazeta” kimi nəşrlərinin ardınca “Rossiyskaya qazeta”, “Tribuna” qəzetləri də maraqlı məqalələr dərc etmişlər.

file1283497062918.jpg

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Rusiyanın Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmirdən sonra sentyabrın 1-də şagirdlərin istifadəsinə verilmişdir. Nüfuzlu “Nezavisimaya qazeta” nəşrinin 2 sentyabr tarixli nömrəsində bu əlamətdar hadisə ilə əlaqədar məqalə dərc edilmişdir.

Pakistanın ingilis dilində çıxan və bütün ölkədə yayılan “Pakistan Observer” qəzetinin 2009-cu il 28 avqust tarixli sayında “Azərbaycanın birinci xanımı 21-ci əsrin böyük qadını mükafatını almışdır” başlıqlı geniş məqalə verilmişdir.Məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun...

Azərbaycanın Küveytdəki səfirliyi bu ölkədə və Körfəz regionunda ingilis dilndə dərc olunan “Kuwait Times” qəzetində “Heydər Əliyev Fondu beş illiyini qeyd edir” adlı məqalə dərc etdirmişdir.Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik dövlət quruculuğundakı müstəsna xidmətlərindən, ulu öndərin zəngin irsinə sadiq qalan Azərbaycanın birinci xanımı...

Fransanın bir çox nüfuzlu mətbu orqanı Heydər Əliyev Fondunun Strasburqdakı Notr-Dam kilsəsinin təmirinə maliyyə dəstəyini yüksək qiymətləndirir.Alzas bölgəsinin mərkəzi hesab edilən Strasburqda gündəlik nəşr edilən “Alzasın son xəbərləri” qəzetində dərc olunmuş “Azərbaycan xeyirxahlığı” sərlövhəli məqalədə ölkənin ən qədim kilsələrindən olan Notr-Damın...