Pres-relizlər

Pressreliz.png
Avqustun 17-də dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək yubiley tədbiri “Yaşıl Teatr” Bakı Konsert Kompleksində olacaq.   Tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov...

Presreliz-afffair-fond.png

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin defiləsi keçiriləcək. İyunun 3-də Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı “AFFFAIR" markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq...

poster.jpg

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər. Ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək...

Instagram-poster.png
Azərbaycan 8-ci dəfə incəsənət sahəsində dünyanın məşhur platformalarından birində-Venesiya Biennalesində təmsil olunacaq. İki ildən bir keçiriləcən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesindəki Azərbaycan pavilyonu “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda...

ROME9708.JPG
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu - 2022” keçiriləcək. 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək. Yarışın start nöqtəsi ilə yanaşı...