Pres-relizlər

Dünyanın muğam biliciləri yenidən Bakıya gələcəklər.Martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcəkdir.Festival çərçivəsində muğama həsr olunan müzakirələr keçiriləcək, klassik və simfonik muğamlar səsləndiriləcəkdir.

Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaqdır.Yanvarın 5-də müsabiqənin seçim turu başa çatmış, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilmişdir. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılmışdır.Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə iyunun 29-30-da Bakıda “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum keçiriləcəkdir.2009-cu ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan bu beynəlxalq forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaqdır.

İyunun 28-29-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu: Bakı forumu” beynəlxalq konfransı keçiriləcəkdir. Konfransın təşkilatçıları Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyidir.

Dekabrın 17-18-də Bakıda 2009-cu il – “Uşaq İli”nin yekunlarına həsr olunmuş Azərbaycan Uşaqlarının I Forumu keçiriləcəkdir. Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil edilən Forum ölkəmizdə uşaqların iştirakı ilə bağlı ən böyük tədbir olmaqla ictimaiyyətin diqqətini uşaqlara cəlb edəcək, 2009-cu ilin...